İdman

Dünya Kuboku: Nicat Abasov karyerasında ilk dəfə 1/8 finalda

Sharing is caring!


Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda 1/16 final mərhələsinin tay-brek görüşləri keçirilir.

Oxu.Az xəbər verir ki, Azərbaycan təmsilçisi Nicat Abasov FIDE adından çıxış edən Pyotr Svidlerlə dueldən qalib ayrılmaqla karyerasında ilk dəfə Dünya Kubokunun 1/8 final mərhələsinə vəsiqə qazanıb.

Tərəflər arasında ilk rapid oyunu bərabərliklə yekunlaşıb. İkinci rapid mübarizəsində N.Abbasov qalib gələrək növbəti raunda adlayıb.

Qeyd edək ki, Dünya Kubokunda 1/8 final mərhələsinin ilk oyunları sabah baş tutacaq. Nicat Abasovun rəqibi BƏƏ təmsilçisi Saleh Salem olacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir