İdman

Filip Ozobiç: “Qarabağ” azarkeşlərinin reaksiyası gözlənilən idi”

Sharing is caring!


“Emin Mahmudovun qapı dirəyinə dəyən zərbəsi çox gözəl zərbə idi. Təəssüf ki, qol olmadı. Bəlkə də, oyunun dönüş nöqtəsi ola bilərdi”

Bu sözləri Oxu.Az-a açıqlamasında “Neftçi”nin futbolçusu Filip Ozobiç UEFA Avropa Konfrans Liqasının III təsnifat mərhələsində Türkiyənin “Beşiktaş” klubuna qarşı ilk oyundan (1:3) sonra deyib.

Milliləşdirilmiş xorvatiyalı futbolçu ikinci hissədə yaxşı çıxış etdiklərini bildirib:

“Biz bilirdik ki, “Beşiktaş” kimi güclü komandaya qarşı oynayırıq. Onların səviyyəsi çox yüksəkdir. İlk hissədə ardıcıl qollar buraxdıq. Fasilədən sonra geridönüş etmək istəsək də, təəssüf ki, şans bizdən üz çevirdi”.

Təcrübəli yarımmüdafiəçi cavab oyununda rəqibdən çəkinməməli olduqlarını deyib:

“Hansı komanda ilə üz-üzə olduğumuzu yaxşı bilirik. Əsas odur ki, rəqibdən çəkinməyəsən, öz oyununu göstərəsən. Ancaq bundan sonra nəyəsə ümid etmək olar”.

Bu yay “Qarabağ”dan əzəli rəqib “Neftçi”yə keçən futbolçu sabiq komandasının azarkeşlərinin bu transferi birmənalı qarşılamamasını normal hesab etdiyini söyləyib:

“Hər şey qaydasındadır. Bu futboldur, həyatdır. Beş il “Qarabağ”ın uğurları üçün çalışmışam. Reaksiyanın belə olacağı gözlənilən idi. Bu komandaya gəlmişəm ki, “Neftçi” layiq olduğu yerə qayıtsın”.

Qeyd edək ki, “Neftçi”nin “Beşiktaş”la cavab oyunu avqustun 17-də keçiriləcək.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir