İdman

“Beşiktaş”ın futbolçusu: “İstədiyimiz kimi oynamadıq”

Sharing is caring!


“İstədiyimiz kimi oynamadıq”.

“Report”un məlumatına görə, bunu Türkiyənin “Beşiktaş” klubunun futbolçusu Onur Bulut “Neftçi”yə 3:1 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunu barədə danışarkən deyib.

29 yaşlı müdafiəçi ikinci hissəni zəif keçirdiklərini etiraf edib: “Oyuna çox yaxşı başladıq, birinci hissəni üstün keçirdik. Amma ikinci 45 dəqiqə istədiyimiz kimi alınmadı. Birinci hissədəki performansı 90 dəqiqəyə yaymalıyıq. Mövsüm hələ yeni başlayır. Oyundan-oyuna daha yaxşı çıxış edəcəyik”.

Qeyd edək ki, avqustun 17-də “Beşiktaş Park”da keçiriləcək cavab görüşü Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir