İdman

Mbappe bu yay “Real Madrid”ə keçməyəcək

Sharing is caring!


Kilian Mbappe yay transfer pəncərəsində PSJ-dən ayrılmayacaq.

PSJ-nin hücumçusu müqaviləni 2025-ci ilə qədər yeniləmək istəməməsinə baxmayaraq, daha bir mövsüm Paris klubunda qalmaq istəyir.

Məlumata görə, Kilian PSJ-nin prezidenti Nasser Əl-Xəlaifi ilə danışıb və ona müqaviləsi bitənə qədər klubda qalmaq niyyətində olduğunu bildirib.

Klub rəhbəri isə öz növbəsində Mbappeyə müqaviləni uzatmasa, komandada oynamayacağını bildirib. Hücumçu hazırda Paris komandasının bir qrup “arzuolunmaz” oyunçusu ilə məşq edir, lakin yeni müqavilə imzalayacağı təqdirdə yenidən əsas qrupa qayıdacaq.

Mənbə: sports.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir