İdman

“Beşiktaş” Bakıya hansı futbolçularla gəlir? – FOTO

Sharing is caring!


UEFA Avropa Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda “Neftçi”nin qonağı olacaq Türkiyənin “Beşiktaş” klubunun Bakıya gətirəcəyi heyət məlum olub.

İstanbul təmsilçisinin yaydığı məlumata görə, baş məşqçi Şenol Güneş qarşılaşma üçün 23 futbolçuya ehtiyac duyub.

Qapıçılar: 1. Ersin Destanoğlu, 34. Mert Günok, 97. Utku Yuvakuran.

Müdafiəçilər: 3. Fransisko Montero, 4. Onur Bulut, 6. Omar Kolli, 12. Daniel Emerti, 24. Valentin Rosye, 77. Umut Meraş.

Yarımmüdafiəçilər: 8. Salih Uçan, 17. Kerem Keskin, 19. Amir Haciahmetoviç, 20. Necip Uysal, 21. Dəmir Tıknaz, 23. Kartal Yılmaz, 41. Oğuzhan Akgün, 71. Cin Onana, 83. Gedson Fernandeş, 99. Emrecan Bulut.

Hücumçular: 7. Ante Rebiç, 10. Vensan Abubakar, 40. Cekson Muleka, 90. Semih Kılıçsoy.

Qeyd edək ki, avqustun 10-da “Neftçi Arena”da keçiriləcək sözügedən matç saat 21:00-da start götürəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir