İdman

18 il sonra avrokubokda yarışacaq Azərbaycan çempionunun rəqibləri məlum oldu

Sharing is caring!


Bu gün Almaniyada basketbol üzrə Avropa Kubokunun yeni mövsümünün təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.

Oxu.Az xəbər verir ki, son Azərbaycan çempionu “Sabah”ın da rəqibləri müəyənləşib.

Klub turnirin debütantı olduğu üçün püşkatma ərəfəsində dördüncü səbətə düşüb. Bakı təmsilçisi “Donar Qroningen” (Niderland), “Rabotniçki” (Skopye, Şimali Makedoniya) və “Rapid” (Buxarest, Rumıniya) klubları ilə birlikdə A qrupuna düşüb.

Qrup mərhələsinin oyunları 2-5 oktyabrda Skopyedə keçiriləcək. Qrup qalibi Avropa Kubokunda müntəzəm çempionata vəsiqə qazanacaq.

Qeyd edək ki, Azərbaycan basketbolu sonuncu dəfə avrokuboklarda 18 il əvvəl 2005/06 mövsümündə “Qala” komandası ilə təmsil olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir