İdman

Neymar PSJ-yə yayda klubu tərk etmək istədiyini bildirib

Sharing is caring!


PSJ-nin braziliyalı hücumçusu Neymar kluba bu yay Parisdən ayrılmaq istədiyini bildirib.

Daha əvvəl yayılan xəbərlərə görə, Paris klubunun rəhbərliyi “Barselona”ya Neymarı cari mövsüm üçün icarəyə götürməyi təklif edib. PSJ bu təklifi cinah hücumçusu Osman Dembelenin transferi üçün müqavilənin bir hissəsi kimi nəzərdən keçirir.

Xatırladaq ki, 31 yaşlı Neymar 2013-2017-ci illərdə “Barselona”da çıxış edib. Onun PSJ-yə keçidi futbol tarixinin ən bahalı transferi olaraq qalır. Paris klubu braziliyalı hücumçu üçün 222 milyon avro ödəyib. Neymarın PSJ ilə müqaviləsi 2025-ci ilin iyun ayına qədərdir.

2022/2023 mövsümündə Neymar PSJ-nin heyətində bütün yarışlarda 29 oyun keçirib, 18 qol və 17 məhsuldar ötürmə ilə yadda qalıb.

Mənbə: championat.com

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir