İdman

“Kəpəz”in baş məşqçisi: “Daha çox işləməliyik, çatışmazlıqlar var”

Sharing is caring!


“Daha çox işləməliyik. Komandamızda çatışmazlıqlar var”.

“Report”un məlumatına görə, bunları “Kəpəz”in baş məşqçisi Azər Məmmədov Gəncədə “Neftçi”yə 1:0 hesabı ilə qalib gəldikləri Premyer Liqanın ilk tur oyunundan sonra mətbuat konfransında deyib.

Elitada baş məşqçi kimi debüt matçını keçirən 47 yaşlı mütəxəssis komandasının tarixi kökünə görə “ağ-qaralar”dan heç də geri qalmadığını bildirib:

“Bu oyun həm də tarixi derbi çərçivəsində sınağım idi. Qələbə qazandığımız üçün təbii ki, sevincliyik. Klub rəhbərliyi əlindən gələnin artığını edir. Bir neçə futbolçu ilə danışıqlar gedir. Bu transferləri reallaşdırdıqdan sonra daha yaxşı “Kəpəz” görəcəyik”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir