İdman

Minskdə MDB Ölkələri Oyunlarının məşəli alovlandırıldı

Sharing is caring!


MDB Ölkələri Oyunlarının açılış mərasiminin keçirildiyi Minsk Arenada yarışların məşəli alovlandırılıb.

Prosesi bədii gimnastika üzrə dünya çempionatının üçqat bürünc mükafatçısı Anastasiya Salos, sambo üzrə dəfələrlə dünya və Avropa çempionu olmuş Yuri Rıbak, gimnast Aleksandra Zuboviç icra ediblər.

Xatırladaq ki, II MDB Ölkələri Oyunları avqustun 4-dən 14-dək Belarusun 11 şəhərində 20 idman növü üzrə keçirilir. Yarışlarda Rusiya, Belarus, Ermənistan, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan, eləcə də yarışa qonaq qismində dəvət olunmuş daha 13 ölkədən 2000-dən çox idmançı iştirak edir.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir