İdman

Dembelenin PSJ-yə transferinin detalları açıqlandı

Sharing is caring!


Usman Dembelenin “Barselona”dan PSJ-yə transferi tam razılaşdırılıb.

Məlumata görə, PSJ vingerin transferi ilə bağlı katalon klubu ilə tam razılığa gəlib və artıq komandalar son detalları həll ediblər.

Bildirilir ki, bu gün Dembele Parisə uçacaq və orada beş illik müqavilə imzalayacaq.

PSJ futbolçu üçün 50 milyon avro ödəyəcək ki, bunun da 25 milyonunu “Barselona” əldə edəcək. Dembele və onun agenti isə məbləğin ikinci yarısını alacaqlar. Bu, avqustun 1-dək qüvvədə olan kompensasiya şərtləri çərçivəsində həyata keçiriləcək.

Mənbə: sports.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir