İdman

Maykl Cordan öz klubunun səhmlərini satdı

Sharing is caring!


Maykl Cordan artıq “Şarlotta”nın sahibi deyil.

Klubun rəsmi saytı xəbər verir ki, o, klubun nəzarət paketini Qeyb Plotkin və Rik Şnallın başçılıq etdiyi investorlar qrupuna satıb. Alqı-satqı prosesi artıq başa çatıb.

İyulun sonunda NBA İdarəedicilər Şurası klubun yeni sahiblər qrupuna satılmasını təsdiqləyib. Komanda üç milyard dollar dəyərində qiymətləndirilib.

Bildirilir ki, “Atlanta”da pay sahibi olan Şnall və “Hornets”in səhmlərinə malik Plotkin “Şarlotta”nın yeni menecerləri olacaqlar. Altıqat NBA çempionu olan Cordan isə klubdakı nüəyyən sayda səhmlərini və komandadakı mövcudluğunu saxlayacaq.

Qeyd edək ki, əfsanəvi basketbolçu komandanı 2010-cu ildə 275 milyon dollara alıb.

Mənbə: sports.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir