İdman

Azərbaycan klubu doqquzuncu əcnəbi transferini reallaşdırdı

Sharing is caring!


“Araz-Naxçıvan” yay fasiləsində heyətinə daha bir əcnəbi oyunçu qatıb.

Klubun Mətbuat Xidmətinin yaydığı məlumata görə, bu dəfə braziliyalı müdafiəçi İqor Ribeyro Premyer Liqa klubu ilə anlaşıb.

26 yaşlı oyunçu Naxçıvan təmsilçisi ilə bir illik müqavilə bağlayıb. Onun son komandası Paraqvay “Takuari”si olub. İqor Ribeyro daha əvvəl vətənində “Qama”, “Bandeirante” və “Seilandia” komandalarında çıxış edib.

Bu, Azərbaycan klubunun doqquzuncu legioner transferidir. “Araz-Naxçıvan” buna qədər Nuno Migel, Vanderson, Semir Bukviç, Miço Kuzmanoviç, Numan Kurdiç, Məhəmməd Kadiri, İsmail Azzaui və Elvis Maşike kimi əcnəbiləri heyətinə qatıb. Həmçinin, Orxan Əliyev, Vüsal Şabanov, Tuqay Əlizadə, Bayraməli Qurbanov, Həzrət İsayev, Turan Manafov, Vadim Abdullayev, Nihat Qurbanlı, Nicat Süleymanov, Elçin Mustafayev və Abdulla Rzayevlə də müqavilə bağlanıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir