İdman

“Neftçi” “Qarabağ”ı zirvədən salıb Azərbaycanın ən dəyərli komandası oldu – FOTO

Sharing is caring!


“Neftçi” Azərbaycan Premyer Liqasında heyətinə görə ən dəyərli klub olub.

Oxu.Az xəbər verir ki, məşhur “Transfermarkt” portalında “ağ-qaralar”ın dəyəri 14,8 milyon avroya yüksəlib. Bu, klubun ötən gün ABŞ təmsilçisi “Şarlott”dan üç milyon avro dəyəri olan Andre Şinyaşikini transfer etməsi ilə reallaşıb.

Beləliklə, “Neftçi” 12,9 milyon avro dəyəri olan “Qarabağ”ı geridə qoyaraq zirvəni ələ keçirib.

Qeyd edək ki, “ağ-qaralar” bu yay Emil Balayev (250 min avro), Ervin Koffi (900 min avro), Yuri Matias (1,8 milyon avro), Mark Tamaş (550 min avro), Qara Qarayev (700 min avro) və Andre Şinyaşikini (üç milyon avro) heyətlərinə qatıblar.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir