İdman

Qadınlardan ibarət komandamız dünya çempionatında beşinci olub

Sharing is caring!


Qadın sablyaçılarımız İtaliyanın Milan şəhərində keçirilən qılıncoynatma üzrə dünya çempionatında komanda yarışında beşinci olub.

AZƏRTAC xəbər verir ki, Anna Başta, Səbinə Kərimova, Valeriya Bolşakova və Palina Kaspiaroviçdan ibarət kollektiv yarımfinala yüksəlmək uğrunda keçirilən görüşdə Koreya Respublikası millisinə 43:45 hesabı ilə uduzub.

Komandamız beş-səkkizinci yerlər uğurunda keçirilən görüşlərdə Yunanıstan yığmasına (45:42) və Yaponiya seçmə kollektivinə (45:44) qalib gələrək, 2024-cü ildə Parisdə keçiriləcək yay olimpiya oyunlarına ən yüksək reytinq xalları verən dünya çempionatında beşinci olub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir