İdman

Bakıda 300-dən çox şahmatçının iştirakı ilə FIDE Dünya Kuboku start götürüb – FOTO

Sharing is caring!


“Marriott Boulevard” hotelində Beynəlxalq Şahmat Federasiyasının (FIDE) 10-cu Yubiley Dünya Kuboku start götürüb.

“Trend” xəbər verir ki, yarış böyük maraq doğurub. Oyunların gedişini Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç, Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov izləyirlər.

Bakıda keçirilən FIDE Dünya Kubokunda açıq bölmədə 206, qadınlar bölməsində isə 103 şahmatçı iştirak edir. Şahmat üzrə Dünya Kuboku Azərbaycanda ikinci dəfədir keçirilir.

Qeyd edək ki, ölkəmizi bu turnirdə 17 şahmatçı – Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Günay Məmmədzadə, Rauf Məmmədov, Qədir Hüseynov, Vasif Durarbəyli, Nicat Abbasov, Abdulla Qədimbəyli, Misrətdin İsgəndərov, Məhəmməd Muradlı, Vüqar Əsədli, Riad Səmədov, Aydın Süleymanlı, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Xanım Balacayeva və Gövhər Beydullayeva təmsil edirlər.

Onu da əlavə edək ki, FIDE Dünya Kuboku 2023-ün oyunları yarışın rəsmi saytında Azərbaycan və ingilis dillərində yayımlanır. Turnir avqustun 25-dək davam edəcək. Çempionatın mükafat fondu 2,5 milyon dollar müəyyən edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir