Dünya

Nigerdə kütləvi etiraz: “Rədd olsun Fransa!”

Sharing is caring!


Nigerin paytaxtı Niameydəki Fransa səfirliyi qarşısında böyük nümayiş keçirilib.

Məlumata görə, minlərlə insan səfirliyin qarşısına müxtəlif şüarlar, o cümlədən “Rədd olsun Fransa!” şüarını səsləndiriblər. Etirazçılar Paris əleyhinə çoxsayda plakatlar qaldırıblar.

Bildirilir ki, yerli əhali diplomatik nümayəndəliyin qapısındakı “Fransa səfirliyi” lövhəsini qoparıb və onun ərazisinə daxil olmağa cəhd ediblər.

Etirazçılar həmçinin iyulun 26-da dövlət çevrilişi ilə Nigerdə ​​hakimiyyəti ələ keçirən hərbçilərə dəstək verdiklərini bəyan ediblər.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir