İdman

İtaliya və Türkiyə AVRO-2032-yə ev sahibliyi üçün birgə ərizə təqdim edib

Sharing is caring!


İtaliya və Türkiyə AVRO-2032-yə ev sahibliyi etmək üçün birgə iddia hazırlayıb.

İtaliya Futbol Federasiyası (FIGC) və Türkiyə Futbol Federasiyası (TFF) UEFA-dan 2032-ci ildə keçiriləcək Avropa Çempionatı üçün ayrı-ayrılıqda təkliflərini bir ortaq təklifdə birləşdirməyi xahiş edib.

Qeyd edək ki, iki ölkə bu günə qədər müraciət edən yeganə namizədlərdir. Xatırladaq ki, AVRO-2028-ə ev sahibliyi etmək üçün beş assosiasiya birgə ərizə təqdim edib: İngiltərə, Şimali İrlandiya, İrlandiya, Şotlandiya və Uels.

Mənbə: sports.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir