İdman

“Zirə” Türkiyədəki üçüncü yoxlama oyununda da heç-heçə etdi

Sharing is caring!


Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Zirə” növbəti yoxlama oyununu keçirib.

“Report”un məlumatına görə, Rəşad Sadıqovun baş məşqçi olduğu komanda üçüncü sınağında yerli “Kocaelispor”la üz-üzə gəlib.

“Fenerbahçe Topuk Yaylası”nın meydançasında təşkil olunan qarşılaşmada qapılara qol vurulmayıb.

Qeyd edək ki, “Zirə” daha əvvəl keçirdiyi yoxlama oyunlarında Türkiyənin “Karagümrük” komandası ilə qolsuz, Tanzaniyanın “Simba” klubu ilə isə 1:1 hesablı heç-heçə edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir