İdman

Kiyev “Dinamo”sunun sabiq futbolçusu “Araz-Naxçıvan”la müqavilə bağlayıb

Sharing is caring!


Ukraynanın “Dinamo” (Kiyev) klubunun sabiq futbolçusu Mohammed Kadiri “Araz-Naxçıvan”la müqavilə bağlayıb.

Premyer Liqa təmsilçisinin Mətbuat Xidmətinin məlumatına görə, qanalı yarımmüdafiəçi yeni komandası ilə münasibətləri rəsmiləşdirib.

Bir neçə gündür Naxçıvan təmsilçisinin düşərgəsində olan 27 yaşlı dayaq yarımmüdafiəçisi klubla 1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, karyerasına ölkəsinin “Aşanti Qold” klubunda başlayan Mohammed Kadiri, həmçinin “Austriya” (Avstriya), “Arsenal” (Tula, Rusiya), “Dinamo”, “Çernomorets” (hər ikisi Ukrayna) və “Honved”in (Macarıstan) formasını geyinib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir