İdman

UEFA reytinqi: Azərbaycanın xalı artdı, mövqeyi dəyişmədi

Sharing is caring!


Çempionlar Liqası və Konfrans Liqasında dünən baş tutan matçlardan sonra yeni UEFA reytinqi açıqlanıb.

Oxu.Az xəbər verir ki, Azərbaycanın xal hesabı artıb.

“Sabah” ilk dəfə ölkəmizə xal qazandırıb. Avrokuboklarda debüt edən Bakı klubu UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Latviya təmsilçisi RFŞ-ni səfərdə 0:2 hesabı ilə məğlub etməklə buna nail olub. Qələbə sayəsində ölkə reytinqinə 0,250 xal əlavə olunub. Beləliklə, cari mövsümdəki xallarımızın ümumi sayı 0,750-yə çatıb.

“Qarabağ” isə UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Polşada yerli “Rakuv”a uduzduğundan (2:3), xal qazandıra bilməyib.

Azərbaycanın son 5 mövsümdəki ümumi xallarının sayı 15,000 olub və ölkəmiz 29-cu pillədə qalıb. Bir addım irəlidə olan Sloveniya 16,000 reytinq xalına malikdir.

Siyahıya 88,928 xalla İngiltərə başçılıq edir. İspaniya (75,927) ikinci, İtaliya (71,569) üçüncüdür.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir