İdman

Mbappe “Əl-Hilal”ın 300 milyonluq təklifini rədd etdi

Sharing is caring!


Kilian Mbappe Səudiyyə Ərəbistanına getməyəcək.

Məlumata görə, 24 yaşlı hücumçunun transferi üçün “Əl-Hilal” PSJ-yə 300 milyon avro təklif edib. Klub nümayəndələri futbolçu ilə razılaşmanı müzakirə etmək üçün Parisə gəliblər.

Bildirilir ki, Mbappe səudiyyəlilərlə görüşməyib. Onun nümayəndəsi danışıqlardan imtina edib.

Qeyd olunur ki, Kilian heç vaxt Səudiyyə Ərəbistanı çempionatına keçmək variantını düşünməyib.

Mənbə: sports.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir