İdman

“Liverpul”un kapitanı Səudiyyə Ərəbistanı klubunda

Sharing is caring!


“Liverpul”un futbolçusu Cordan Henderson Səudiyyə Ərəbistanının “Əl-İttifaq” klubuna keçib.

Məşhur insayder Fabritsio Romanonun yaydığı məlumata görə, 33 yaşlı yarımmüdafiəçi oyunçu hazırda Xorvatiyada komandanın düşərgəsindədir. O, yeni klubu ilə üç illik müqavilə imzalayacaq.

Qeyd edək ki, Cordan Henderson 2011-ci ildən “Liverpul”da çıxış edib. Komandanın kapitanı ötən mövsüm 43 matçda meydanda olub. O, Mersisayd təmsilçisində ümumilikdə səkkiz titul qazanıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir