İdman

“Sabah” avrokuboklarda debüt oyununa çıxır – AFİŞA

Sharing is caring!


Bu gün UEFA Konfrans Liqasında II təsnifat mərhələsinə start veriləcək.

Oxu.Az xəbər verir ki, Azərbaycan təmsilçilərindən “Sabah” da ilk oyununu keçirəcək.

Murad Musayevin baş məşqçisi olduğu kollektiv Latviyada RFŞ-lə üz-üzə gələcək. Bu, paytaxt təmsilçisinin avrokuboklarda debüt oyunu olacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, tərəflər arasındakı cavab görüşü bir həftə sonra “Bank Respublika Arena”da təşkil olunacaq.

Xatırladaq ki, Azərbaycanın digər Konfrans Liqası iştirakçıları – “Qəbələ” və “Neftçi” ilk matçlarını iyulun 27-də keçirəcəklər. “Qırmızı-qaralar” evdə Kiprin “Omoniya” klubunu qəbul edəcəklər, “ağ-qaralar” Bosniya və Herseqovinada “Jelezniçar”ın qonağı olacaqlar.

UEFA Konfrans Liqası

II təsnifat mərhələsi

26 iyul

RFŞ (Latviya) –  “Sabah” (Azərbaycan)

Yurmala. Sloka stadionu

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir