İdman

Baş məşqçi: “Azərbaycan basketbolçuları layiq olduqları kuboku qazandılar”

Sharing is caring!


“Azərbaycan basketbolçuları layiq olduqları kuboku qazandılar”.

“Report” xəbər verir ki, bunu 16 yaşadək qızlardan ibarət basketbol üzrə Azərbaycan millisinin baş məşqçisi Evren Alkayan jurnalistlərə açıqlamasında deyib.

“Ölkəmizə, Vətənimizə Avropa çempionu kubokunu gətirərək geri qayıtdıq. Bir həftə Andorrada keçirilən 16 yaşadək qızlar arasında Avropa çempionatında iştirak etdik. Bütün yarışlarda qələbə qazanaraq Avropa çempionu olduq. Basketbolçu qızlara, federasiyaya, səfərimizin təşkilatçılarına, hər kəsə təşəkkür edirəm”, – deyə baş məşqçi vurğulayıb.

“Basketbolçularımız güclü, inadlı mübarizə apardılar. Sonda da layiq olduqları kuboku qazandılar. Andorra yığmasını qrupda və finalda iki dəfə məğlub edərək çempionluğa layiq olduqlarını göstərdilər. Bizim qızlarımız çox güclüdürlər. Mən onlarla fəxr edirəm”, – deyə E.Alkayan söyləyib.

“Təbii ki, məşqlərimiz davam edəcək. Daha böyük uğurlara birlikdə imza atmaq üçün hər zaman çox çalışacağıq. Bundan sonra Azərbaycanın 16 yaşadək qızlardan ibarət basketbol millisi B divizionunda çıxış edəcək”, – deyə baş məşqçi qeyd edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir