İdman

Avropada birinci olmuş Azərbaycan millisi Vətənə qayıdıb – FOTO

Sharing is caring!


Azərbaycanın Avropa çempionu olmuş 16 yaşadək qızlardan ibarət basketbol millisi Vətənə qayıdıb.

“Report”un məlumatına görə, Heydər Əliyev Beynəlxalq Aeroportunda onları federasiya rəsmiləri, idmançıların yaxınları, azarkeşlər, ictimaiyyət nümayəndələri, jurnalistlər qarşılayıblar.

Qeyd edək ki, Azərbaycanın 16 yaşadək qızlardan ibarət basketbol millisi iyulun 23-də Avropa çempionu olub.

Yığma tarixi nailiyyətə Andorrada təşkil edilən yarışda imza atıb. Qızlar “C” divizionunun final oyununda yerli komanda ilə qarşılaşıblar.

Andorranı 57:45 hesabı ilə məğlub edən Azərbaycanın U-16 komandası heç bir görüşdə uduzmadan qitə çempionluğunu qazanıb.

Bu çempionluq Azərbaycan qadın basketbolu tarixində ilkdir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir