İdman

“Mançester Yunayted”in futbolçusu “Ən Nəsr”ə keçdi – FOTO

Sharing is caring!


Braziliyalı müdafiəçi Aleks Telles “Mançester Yunayted”dən Səudiyyə Ərəbistanının “Ən-Nasr” klubuna keçib.

Bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb.

30 yaşlı müdafiəçi “Qırmızı şeytanlar”ın əsas heyətində 50 oyundan sonra komandasını dəyişib.

O, 2022/2023 mövsümünü icarə əsasında “Sevilya”da keçirib, Avropa Liqasının qalibi olub və Səudiyyə Ərəbistanında keçmiş komanda yoldaşı Kriştiano Ronaldoya qoşulub.

Daha əvvəl bildirilirdi ki, “Mançester Yunayted”oyunçuya görə dərhal 4 milyon avro, həmçinin bonus ödənişləri alacaq. Telles Səudiyyə klubunda ildə təxminən 7 milyon avro qazanacaq, əlavə olaraq bonuslar da alacaq.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir