İdman

“Neftçi” daha bir mərkəz müdafiəçisini transfer etdi

Sharing is caring!


“Neftçi” daha bir transferini rəsmiləşdirib.

Klubun mətbuat xidmətindən verilən məlumata görə, macarıstanlı futbolçu Mark Tamaşla 2 illik müqavilə bağlanıb.

29 yaşlı mərkəz müdafiəçisi komandanın heyətində 4 nömrəli formanı geyinəcək.

Mark Tamaş Macarıstanın “Videoton” (2012-2013), “Puşkaş Akademiya” (2013-2015), “Dioşqyör” (2015-2020), Polşanın “Şlask” (2020-2022) və Rumıniyanın “Sepsi” (2022-2023) klublarında çıxış edib.

Macarıstan milli komandasının heyətində 1 oyun keçirib. O, bu il “Sepsi”nin heyətində Rumıniya kubokunun və Superkubokunun qalibi olub.

Qeyd edək ki, “Neftçi” bundan əvvəl milli komandamızın üzvləri – qapıçı Emil Balayev, Xorvatiya əsilli yarımmüdafiəçi Filip Ozobiçi və braziliyalı mərkəz müdafiəçisi Yuri Matiası transfer edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir