İdman

“Sabah”ın Konfrans Liqası oyununun vaxtı dəyişdirildi

Sharing is caring!


Azərbaycan klubları UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunlarını fərqli günlərdə keçirəcəklər.

UEFA “Sabah”ın Latviya klubu RFŞ-lə birinci matçının iyulun 26-da təşkil olunmasını qərara alıb.

Murad Musayevin yetirmələrinin səfər görüşü Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

“Neftçi” isə bir gün sonra – iyulun 27-də Bosniya və Herseqovina təmsilçisi “Jelezniçar”ın qonağı olacaq.

Qeyd edək ki, “Sabah” və “Neftçi” mərhələnin cavab qarşılaşmasını avqustun 3-də Bakıda keçirəcək. Daha əvvəl onların səfər oyunlarını da eyni gündə – iyulun 27-də keçirəcəyi açıqlanmışdı.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir