İdman

Avropa çempionatı: Azərbaycanın qız basketbolçuları ikinci qələbəsini qazanıb

Sharing is caring!


Andorrada 16 yaşlı qızlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı C Divizionunda qrup oyunları davam edir.

Oxu.Az xəbər verir ki, B qrupunda qərarlaşan Azərbaycan millisi ikinci oyununda Moldova seçməsini 78:55 hesabı ilə məğlub edib.

İlk görüşdə Andorradan üstün olan komanda qrupda ilk sıraya yüksəlib.

Millimizin qrupdakı sonuncu oyunu Albaniya yığmasına qarşı olacaq. Qarşılaşma sabah Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir