İdman

Konfrans Liqası: “Neftçi” və “Sabah”ın ev oyunlarının vaxtı dəqiqləşdi

Sharing is caring!


“Neftçi” və “Sabah”ın UEFA Konfrans Liqasının II təsnifat mərhələsində avqustun 3-də Bakıda keçirəcəyi oyunların başlanma vaxtı dəqiqləşib.

UEFA-nın rəsmi saytının yaydığı məlumata görə, “Bank Respublika Arena”da keçiriləcək “Sabah”ın cavab qarşılaşması saat 20:00 start götürəcək. “Ağ-qaralar”ın  “Bakcell Arena”dakı matçı saat 21:00-da başlayacaq.

“Neftçi” “Jelezniçar” (Bosniya və Herseqovina) – “Dinamo” (Minsk, Belarus) cütünün (ilk oyun 2:2) qalibi ilə üz-üzə gələcək. “Sabah” isə “Makedoniya GP” (Şimali Makedoniya) – RFŞ (Latviya) duelinin (ilk oyun – 0:1) güclüsü ilə qarşılaşacaq.

Qeyd edək ki, Kiprin “Omoniya” klubu ilə qarşılaşacaq “Qəbələ” isə ilk oyununu iyulun 27-də evdə keçirəcək. Matç saat 20:00-da başlayacaq. Cavab oyunu avqustun 3-də səfərdə olacaq və Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir