İdman

“Sabah” bu gün “Olimpiakos”la qarşılaşacaq

Sharing is caring!


Avstriyanın Tirol bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sabah” bu gün sonuncu yoxlama oyununu keçirəcək.

Oxu.Az xəbər verir ki, paytaxt təmsilçisi Yunanıstanın “Olimpiakos” klubu ilə üz-üzə gələcək.

Kematen stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da start götürəcək.

Qeyd edək ki, “Sabah” daha əvvəl Qətərin “Əs-Sədd” klubuna 3:1 hesabı ilə qalib gəlib. “Futuristlər” ikinci görüşündə Almaniya “Sankt-Pauli”sinə uduzub – 1:4.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir