İdman

Azərbaycan klubu portuqaliyalı və braziliyalı futbolçular transfer etdi – FOTO

Sharing is caring!


Yeni mövsümün hazırlığını Bakıda davam etdirən “Araz-Naxçıvan” heyətini iki legioner futbolçu ilə gücləndirib.

Klubun Mətbuat Xidmətindən verilən məlumata görə, Naxçıvan təmsilçisi portuqaliyalı Nuno Migel Rodriges və braziliyalı Vanderson Kavalkante Melo anlaşıb.

Bu gün Azərbaycana gələn 29 yaşlı portuqaliyalı vinger tibbi müayinədən keçib və onunla bir illik müqavilə imzalanıb.

29 yaşlı braziliyalı dayaq yarımmüdafiəçisi ilə də bir mövsümlük müqavilə imzalanıb.

Qeyd edək ki, Vanderson Kavalkante Melo son olaraq Ukraynada “Çernomorets”in formasını geyinib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir