Dünya

Ukrayna Krımda Rusiyanın “S-400 Triumf” kompleksini məhv etdi – FOTO/VİDEO

Sharing is caring!


Krımda Rusiyanın “S-400 Triumf” kompleksi məhv edilib.

Bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsindən məlumat verilib.

Partlayış nəticəsində qurğunun özü, onun üzərində quraşdırılan raketlər və şəxsi heyət tamamilə məhv olub.

Bildirilir ki, Rusiya ordusunun xidmətində belə komplekslərin sayı məhduddur və bu səbəbdən də bu, rusiyalıların hava hücumundan müdafiə sisteminə güclü zərbədir.

Həmçinin qeyd edilir ki, bu zərbə işğal olunmuş Krımda gələcək hadisələrə ciddi təsir göstərəcək.

Qeyd edək ki, zərbə nəticəsində Tarxankutdakı radar stansiyalarının zədələndiyi, həmçinin “Bastion” sahil gəmi əleyhinə raket kompleksinin də zərər gördüyü bildirilir. 

Mənbə: “İnsayder” “Telegram”, UNİAN “Telegram”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir