İdman

Romario xəstəxanaya yerləşdirilib

Sharing is caring!


Braziliyada 57 yaşlı keçmiş futbolçu, indi isə siyasətçi olan Romario xəstəxanaya yerləşdirilib.

Məlumata görə, xəstəyə bağırsaq infeksiyası diaqnozu qoyulub.

Həkimlər onun vəziyyətini stabil hesab etsələr də, hələlik evə buraxılması ilə bağlı açıqlama vermirlər.

Xatırladaq ki, Romario 1994-cü ildə Braziliya milli futbol komandasının tərkibində dünya çempionu olub və dünyanın ən yaxşı futbolçusu kimi tanınıb.

O, “Vasko da Qama”, PSV, “Barselona” kimi klublarda çıxış edib.

Mənbə: mk.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir