İdman

Yeni dünya reytinqi: “Qarabağ” və “Neftçi” gerilədi

Sharing is caring!


Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

Qurumun rəsmi saytının yaydığı məlumata görə, 300 komandanın olduğu siyahıda Azərbaycan təmsilçilərindən “Qarabağ” və “Neftçi” yer alıb.

Ağdam klubu ötən ayla müqayisədə üç pillə geriləyib. Ölkə çempionu 138,5 xalla 74-cüdür.

67 xala malik “Neftçi” dörd addım geriləyərək 291-ci pilləyə düşüb.

Siyahıya 315 xalla İspaniya “Real Madrid”i liderlik edir. İngiltərənin “Mançester Siti” klubu 311 xalla ikincidir. İlk “üçlüy”ü 296 xalla Braziliya təmsilçisi “Flamenqo” qapayır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir