İdman

Azərbaycanlı idmançı: “Heç vaxt belə yarışda iştirak etməmişdik”

Sharing is caring!


“Yarış çox yaxşı idi. Əla təşkilatçılıq var idi. Heç vaxt belə yarışda iştirak etməmişdik”.

Bu sözləri Oxu.Az-a açıqlamasında Azərbaycanın yeniyetmə ağırlıqqaldıranı Amin Osmanov Moldovanın paytaxtı Kişineuda keçirilən Avropa birinciliyindəki çıxışı barədə danışarkən deyib.

Bir qızıl və iki gümüş medal qazanan ağır atlet dünya və Avropa çempionatları ilə bağlı böyük hədəflərinin olduğunu söyləyib: “Güclü rəqiblərim var idi. Mənim üçün bu səviyyədə ilk yarış oldu. Birdən qaldırmada qızıl, təkanla qaldırmada gümüş medal əldə etdim. Toplamda “gümüş” qazandım. Gələcəyə ümidlə yanaşıram. Dünya və Avropa çempionatında uğur qazanmaq istəyirəm”.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir