İdman

“Qarabağ” iki əcnəbi futbolçu ilə danışıqlar aparır

Sharing is caring!


“Qarabağ” iki əcnəbi futbolçu ilə danışıqlar aparır.

Klubdan verilən məlumata görə, Ağdam təmsilçisi sabiq yarımmüdafiəçisi Patrik Andrade və Niderland “Sparta”sının oyunçusu Ceyson Lokilonu heyətinə qatmağa çalışır.

Bildirilib ki, hər iki futbolçunun yaxın günlərdə komandaya qoşulması mümkündür.

Qeyd edək ki, kabo-verdeli Patrik Andrade 2020-22-ci illərdə “köhlən atlar”ın formasını geyinib. Onun son klubu Serbiya “Partizan”ı olub. Konqolu Ceyson Lokilo isə ötən mövsümü icarə əsasında Türkiyənin “İstanbulspor” komandasında keçirib. O, müxtəlif vaxtlarda İngiltərənin “Kristal Pelas” və “Donkaster”, Fransanın “Loryan” və Polşanın “Qurnik” klublarının şərəfini qoruyub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir