İdman

Qvardiolanın “Mançester Siti”dən gedəcəyi vaxt məlum oldu

Sharing is caring!


“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola iki ildən sonra komandanı tərk etməyi planlaşdırır.

Məlumata görə, 52 yaşlı mütəxəssis 2025-ci ildə başa çatacaq müqaviləsini yeniləməmək qərarına gəlib.

Qvardiola 2016-cı ildən “Mançester Siti”yə rəhbərlik edir. Onun başçılığı altında klub 4 dəfə İngiltərə çempionu olub. 2022/23 mövsümündə “şəhərlilər” finalda “İnter”i məğlub edərək (1:0) tarixlərində ilk dəfə Çempionlar Liqasının qalibi olublar.

Mənbə: The Guardian

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir