İdman

Messi “Barsa”ya niyə qayıtmadığını etiraf etdi – YENİLƏNİB + VİDEO

Sharing is caring!


Messi “İnter Mayami”yə keçmək qərarı ilə bağlı bütün həqiqətləri açıqlayıb.

“Mən həqiqətən “Barsa”ya qayıtmaq istəyirdim, belə bir arzum var idi. Amma iki il əvvəl baş verənlərdən sonra gələcəyimi başqasının ixtiyarına verib yenidən eyni vəziyyətə düşmək istəmədim. Özümü və ailəmi düşünərək öz qərarımı vermək istədim. La Liqanın keçidimə yaşıl işıq yandırması ilə bağlı xəbərlər eşitdim, amma həqiqət budur ki, “Barsa”ya qayıtmağım üçün hələ də çox şeylər çatışmırdı. Onların oyunçu satması və ya maaşlarının azaldılması üçün məsuliyyət daşımaq istəməzdim. Artıq yorulmuşam. Pul, mənim üçün heç vaxt problem olmayıb. “Barselona” ilə müqaviləni belə müzakirə etmədik! Mənə təklif göndərdilər, amma heç vaxt rəsmi, yazılı və imzalı bir təklif olmadı. Heç vaxt maaşımla bağlı danışıqlar aparmamışıq. Söhbət pulla bağlı deyildi, əks halda Səudiyyəyə qoşulardım. Mən əminəm ki, klub üçün mənfi hal olduğunu nəzərə alaraq belə komandada mənim “Barsa”ya qayıtmağımı istəməyən insanlar var.  Digər Avropa klublarından təkliflər almışam, lakin bu təklifləri nəzərə almadım, çünki yeganə fikrim Avropada “Barselona”ya qoşulmaq idi. “Barselona”ya yaxın olmaq istərdim. Yenidən “Barselona”da yaşayacağam, artıq qərar verilib. Ümid edirəm ki, bir gün kluba kömək edəcəyəm, çünki bu, mənim sevdiyim klubdur”, – deyə Messi “Mundo Deportivo”ya müsahibəsində bildirib.

23:30

Lionel Messi “İnter Mayami” klubuna keçəcəyini təsdiqləyib.

“Mayamiyə getməyə qərar verdim. Mən hələ də sövdələşmənin 100% bağlanıb-bağlanmadığına əmin deyiləm. Amma biz üzümüzü ora tutmaq qərarına gəldik”, – deyə futbolçu İspaniyanın “Mundo Deportivo” qəzetinə müsahibəsində deyib.

O, bu qərarını diqqət mərkəzindən yayınmaq və ailəsinə daha çox vaxt ayırmaq istəyilə izah edib.

Həmçinin klub da öz rəsmi hesabında Messi transferi ilə bağlı paylaşım edib:

20:08

PSJ-dən ayrılan Lionel Messinin yeni klubu müəyyənləşib.

Jurnalist Jerar Romeronun yaydığı məlumata görə, o, ABŞ-nin “İnter Mayami” klubuna keçəcək. Anlaşmanın detalları açıqlanmayıb.

Messi sabiq klubu “Barselona” və Səudiyyə Ərəbistanı “Əl-Hilal”ından da təklif alıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir