İdman

Qran-pri: Azərbaycanın daha bir cüdoçusu gümüş medal qazanıb – YENİLƏNİB

Sharing is caring!


Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev Avstriyanın Linz şəhərində keçirilən Qran-pridə gümüş medal qazanıb.

“Report” xəbər verir ki, 73 kq çəki dərəcəsində çıxış edən idmançı gərgin keçən final görüşündə İsraildən olan Tohar Butbulla üz-üzə gəlib.

Qarşılaşma 13 dəqiqədən çox çəkib. Məmmədəliyev qızıl xal bölümündə cərimə xalına görə uduzub.

Qeyd edək ki, ilk yarış günündə Kamran Süleymanov (66 kq) gümüş, Gültac Məmmədəliyeva (52 kq) bürünc medal əldə etmişdi.

11:08

Bu gün Azərbaycanın daha üç cüdoçusu Avstriyanın Linz şəhərində keçirilən Qran-pridə mübarizəyə başlayacaq.

Oxu.Az xəbər verir ki, 73 kq çəki dərəcəsində yarışan Nurlan Osmanov 1/32 final mərhələsində Telmo Qomeşlə (Portuqaliya), eyni çəkidəki Rəşid Məmmədəliyev Daniel Seqado (İspaniya) ilə üz-üzə gələcək.

81 kq-da mübarizə aparan Zelim Tçkayev isə 1/16 finalda Leon Tsilikin (Avstriya) – Dominik Ressel (Almaniya) cütünün qalibi ilə görüşəcək.

Qeyd edək ki, Qran-prinin ilk yarış günündə Kamran Süleymanov (66 kq) gümüş, Gültac Məmmədəliyeva (52 kq) bürünc medal qazanıblar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir