İdman

Cüdoçumuz Polşada çempion oldu – FOTO

Sharing is caring!


Azərbaycan cüdoçuları Polşanın Bielsko Biala şəhərində keçirilən yeniyetmələr arasında Avropa kuboku turnirinə uğurla start veriblər.

Oxu.Az xəbər verir ki, millimizin turnirin ilk günündə 1 qızıl, 1 gümüş və 3 bürünc medal əldə edib.

Oğlanların yarışında Əhməd Rüstəmov, Məhəmməd Məmişov (hər ikisi 50 kq) və Cəsur İbadlı (66 kq) bürünc medala sahib olublar.

Qızların mübarizəsində 48 kiloqram çəki dərəcəsində mübarizə aparan Vüsalə Hacızadə bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Xədicə Qədəşova (52 kq) isə turniri gümüş medalla başa vurub.

Turnirə bu gün yekun vurulacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir