İdman

“Milan” “Sampdoriya”nı darmadağın etdi – VİDEO

Sharing is caring!


İtaliya A Seriyasında 36-cı turun oyunları keçirilir.

Oxu.Az xəbər verir ki, Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə aparan “Milan” öz meydanında elita ilə vidalaşmış “Sampdoriya” ilə qarşılaşıb.

Matç “rossoneri”nin böyükhesablı qələbəsi ilə başa çatıb – 5:1. Olivye Jirunun het-trik etdiyi qarşılaşmada “Milan”ın digər qollarını Rafael Leau və Brahim Diaz vurublar. “Sampdoriya”nın təsəlli qoluna Fabio Kvalyarella imza atıb.

Qələbə sayəsində xallarını 64-ə çatdıran “Milan” 5-ci pillədə qərarlaşıb. Komandanı Çempionlar Liqası zonasından 1 xal ayırır. 4-cü pilləni sahibi “Latsio” bir oyun az keçirib və 65 xalı var.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir