İdman

Çempion “Barselona” öz meydanında uduzdu – VİDEO

Sharing is caring!


İspaniya La Liqasında çempionluğu ötən tur rəsmiləşdirən “Barselona” 35-ci turda “Real Sosyedad”ı qəbul edib.

Oxu.Az xəbər verir ki, matç qonaqların qələbəsi ilə başa çatıb – 2:1.

“Real Sosyedad”a qələbə qazandıran qolları Mikel Merino və Aleksandr Sörlot vurublar. “Barsa”nın heyətində Robert Levandovski fərqlənib.

Qeyd edək ki, “Real Sosyedad” matçdan öncə Kataloniya klubunun çempionluğu ilə bağlı “Kamp Nou”da şərəf dəhlizi qurub. Qələbə sayəsində xallarını 65-ə çatdıran qonaq komanda 4-cü pillədə qərarlaşıb və Çempionlar Liqası iddiasını davam etdirir. “Barsa”nın isə 85 xalı var.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir