İdman

Azərbaycan klubları Çempionlar Liqasının bütün mövsümlərində: “Qarabağ” rekordunu yeniləyəcək – ARAŞDIRMA

Sharing is caring!


“Qarabağ” 2023/2024 mövsümündə tarixində 9-cu dəfə UEFA Çempionlar Liqasında (ÇL) Azərbaycanı təmsil edəcək.

“Report”un məlumatına görə, Ağdam təmsilçisi bununla öz rekordunu yeniləyəcək.

Ümumilikdə 25-ci dəfə Azərbaycan komandası qitənin ən nüfuzlu klub turnirində mübarizə aparacaq. “Qarabağ”dan sonra ÇL-in ən çox iştirakçısı “Neftçi”dir. “Ağ-qaralar” 7 dəfə bu yarışda qüvvəsini sınayıb.

“Kəpəz”, “Şəmkir”, “Bakı” və “İnter” hərəyə iki, “Xəzər Lənkəran” isə bir dəfə Çempionlar Liqasında oynamaq hüququ əldə edib.

Azərbaycan təmsilçiləri 1997/1998 mövsümündən ÇL-də müntəzəm çıxış edirlər. Yalnız 2002/2003 və 2003/2004 mövsümləri istisnadır. Buna səbəb 2001/2002 mövsümündə Azərbaycan çempionatının yarımçıq dayandırılması, növbəti mövsümün isə keçirilməməsidir.

2009/2010 mövsümündən 2018/2019 mövsümünə qədər Azərbaycan klubları turnirin II təsnifat mərhələsindən mübarizəyə qoşulublar.

Azərbaycanın bu yarışdakı ən uğurlu komandası “Qarabağ”dır. Ağdamlılar 2017/2018 mövsümündə qrup mərhələsinə qədər irəliləməyi bacarıblar ki, bu, ən böyük nailiyyətdir. Premyer Liqa iştirakçıları nə ondan əvvəl, nə də sonra qrup üzü görə biliblər. “Qarabağ” cari mövsüm isə pley-offda mübarizəni dayandırmalı olub.

Qeyd edək ki, “Qarabağ” 2023/2024 mövsümündə Çempionlar Liqasına I təsnifat mərhələsindən qoşulacaq.

Azərbaycan klubları Çempionlar Liqasında

“Qarabağ” (8) – 2014/2015 – III təsnifat, 2015/2016 – III təsnifat, 2016/2017 – III təsnifat, 2017/2018 – qrup, 2018/2019 – III təsnifat, 2019/2020 – III təsnifat, 2020/2021 – III təsnifat, 2022/2023 – pley-off

“Neftçi” (7) – 1997/1998 – I təsnifat, 2004/2005 – II təsnifat, 2005/2006 – II təsnifat, 2011/2012 – II təsnifat, 2012/2013 – III təsnifat, 2013/2014 – II təsnifat, 2021/2022 – II təsnifat

“Kəpəz” (2) – 1998/1999 – I təsnifat, 1999/2000 – I təsnifat

“Şəmkir” (2) – 2000/2001 – II təsnifat, 2001/2002 – I təsnifat

“Bakı” (2) – 2006/2007 – I təsnifat, 2009/2010 – III təsnifat

“İnter” (2) – 2008/2009 – II təsnifat, 2010/2011 – II təsnifat

“Xəzər Lənkəran” (1) – 2007/2008 – I təsnifat

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir