İdman Manşetüstü

Dünya çempionu parkda spirtli içki qəbul etdiyi üçün saxlanıldı

Cənubi Afrikanın uzununa tullanma üzrə dünya çempionu Luvo Manyonqa saxlanılıb.

Xəbəral.az BBC-yə istinadən xəbər verir ki, 29 yaşlı atlet ölkəsinin Kayamandi qəsəbəsində özünü təcrid qaydalarını pozduğu üçün tutulub. O, parkda spirtli içki qəbul edib.

29 yaşlı idmançı iyunun 29-da məhkəməyə getməli və ya könüllü olaraq 2500 rand (təxminən 143 ABŞ dolları) ödəməlidir.

Qeyd edək ki, Luvo Manyonqanın 2012-ci ildəki dopinq testi müsbət nəticələnib. O, metamfetamindən asılı olduğu üçün uzun müddət müalicə olunub. Ölkə hakimiyyətinin dəstəyi sayəsində idmana qayıdan atlet 2017-ci ildə Britaniyanın paytaxtı Londonda dünya çempionu olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir