İdman

“Araz-Naxçıvan” 17-ci dəfə Azərbaycan çempionu oldu

Sharing is caring!


Futzal üzrə Azərbaycan Yüksək Liqasında 2022/2023 mövsümünün qalibi bəlli olub.

“Report”un məlumatına görə, finalda “Araz-Naxçıvan” və “Neftçi” komandaları qarşılaşıblar. Bakı İdman Sarayında keçirilən matç Naxçıvan təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Beləliklə, “Araz Naxçıvan” tarixində 17-ci dəfə Azərbaycan çempionu olub.

“Baku Fire” isə 3-cü yer uğrunda oyunda “Record club”u 23:3 hesabı ilə məğlub edərək bürünc medallara sahib çıxıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir