İdman

“Çelsi” “Mançester Yunayted”ə qalib gələrək İngiltərə Kubokuna sahib oldu

Sharing is caring!


“Çelsi”nin qadınlardan ibarət komandası İngiltərə Kubokunun qalibi olub.

Turnirin finalında Emma Hayesin rəhbərliyi altında “Çelsi” Sem Kerrin qolu sayəsində “Mançester Yunayted”ə qalib gəlib (1:0).

Final matçı zamanı Uembli Stadionunda 77 390 tamaşaçı iştirak edib ki, bu da qadın futbolu tarixində daxili turnir üçün ən yüksək tamaşa sayı olub.

Qeyd edək ki, qadın futbolu üzrə mütləq tamaşaçı rekordu ötən ilin martında Çempionlar Liqasında “Barselona” və “Real” arasında keçirilən matçda qeydə alınıb – 91 553 tamaşaçı.

Mənbə: sports.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir