İdman

Məşhur meyxanaçı: “Sabah” “Beşiktaş”a 2:1 hesabı ilə qalib gələcək”

Sharing is caring!


“Beşiktaş” “Sabah”la xeyriyyə oyunu üçün Bakıya gəlib.

Oxu.Az xəbər verir ki, İstanbul klubunu qarşılayanlar arasında məşhur meyxanaçı Ağamirzə də olub.

O, saytımıza açıqlamasında sabahkı matçdan gözləntilərini bölüşüb:

“Türkiyə bizim qardaşımızdır. Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı! İnşallah, sabah maraqlı oyun olacaq. “Beşiktaş”a azarkeşlik edirəm. Amma ondan da çox “Sabah”ı dəstəkləyirəm. Düşünürəm ki, “Sabah” “Beşiktaş”a 2:1 hesabı ilə qalib gələcək”.

Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Sabah” – “Beşiktaş” oyunu saat 18:00-da başlayacaq.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir