İdman

“Barselona” Busketsin komandanı tərk edəcəyini açıqladı – VİDEO

Sharing is caring!


Serxio Buskets mövsümün sonunda “Barselona”nı tərk edəcək.

Bu barədə Kataloniya klubunun sosial şəbəkə hesabında məlumat verilib. Paylaşılan video vasitəsilə 34 yaşlı futbolçu komandanın azarkeşləri ilə vidalaşıb. Yarımmüdafiəçi “Barsa” ilə iyunun 30-da başa çatacaq müqaviləsini yeniləməyəcək.

Qeyd edək ki, Buskets “Barselona” akademiyasının məzunudur. O, komandada debütünü 2008-ci ildə edib. Yarımmüdafiəçi “Barsa”da səkkiz dəfə İspaniya çempionatını, yeddi dəfə ölkə kubokunu və Super Kubokunu, üç dəfə Çempionlar Liqasını, UEFA Super Kubokunu və Klublararası Dünya Kubokunu qazanıb.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir