İdman

Azərbaycan paralimpiyaçıları Qran-pri yarışında iştirak edəcəklər

Sharing is caring!


Azərbaycanın iki paralimpiyaçısı İtaliyanın Cesolo şəhərində keçiriləcək Qran-pri yarışında iştirak edəcək.

Milli Paralimpiya Komitəsindən verilən məlumata görə, atletika üzrə paralimpiya çempionları Orxan Aslanov və Lamiyə Vəliyeva turnirdə mübarizə aparacaqlar.

Onlar bu gün start götürəcək Qran-priyə qatılmaq üçün İtaliyaya yollanıblar. Turnir mayın 15-dək davam edəcək.

Qeyd edək ki, Qran-pri bu ilin iyulunda Fransanın paytaxtı Parisdə keçiriləcək dünya çempionatına lisenziya qazandırır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir